23 İyun 2025, 14:20
FUTBOL
"Fənərbaxça" Yusuf Akçiçekin müqaviləsinin müddətini uzadacaq.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Sercan Hamzaoğlu məlumat yayıb.
İstanbul klubu 19 yaşlı futbolçunun hazırda illik 15 min avro maaş olan maaşını təxminən 56 dəfə yüksəldəcək. Türk mərkəz müdafiəçisinin illik qazancı 850 min avro olacaq. Yaxın günlərdə gənc oyunçu ilə uzunmüddətli müqavilə imzalanacaq.
Qeyd edək ki, Yusuf Akçiçek 2019-ci ildə "Qalataasaray" akademiyasından ayrılıb "Fənərbaxça"ya qoşulub. Türkiyə millisinin üzvü ötən mövsüm Super Liqa təmsilçisinin heyətində keçirdiyi 21 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.