"Mançester Siti"dən ayrılacağı ilə bağlı iddialar olan İlkay Gündoğan gələcəyi barədə danışıb.

Matc.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi İngiltərə klubunu tərk etməyəcəyini bildirib:

"Mançester Siti" ilə 1 illik müqaviləm var və burada xoşbəxtəm. Bunu hamı bilir. Futbolu sevirəm. Hələ bir neçə il ən yüksək səviyyədə oynaya biləcəyimə inanıram. Ötən mövsüm heç bir matçı qaçırmadım və bunu sübut etdim. Hazıram, formadayam".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest