"Monako" "Barselona"dan Ansu Fatinin transferini yekunlaşdırmaq üzrədir.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə edilib. İspaniyalı vinger bu həftə tibbi müayinəddən keçdikdən sonra "Monako" ilə müqavilə imzalayacaq. 22 yaşlı futbolçu Fransa klubunda icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Ansu Fati ötən mövsüm "Barselona"nın heyətində 11 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest