24 İyun 2025, 10:06
FUTBOL
ABŞ-də təşkil olunan klublararası dünya çempionatında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.
Matc.az xəbər verir ki, B qrupunda PSJ "Sietl Saunders"lə üz-üzə gəlib. Qarşılaşma Paris təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 6-ya yüksəldən PSJ qrup lideri kimi pley-offa vəsiqə qazanıb. Bütün oyunlarda uduzan "Sietl Saunders" isə qrupda qalıb.
"Sietl Saunders" - PSJ 0:2
Qollar: Xviça Kvaratsxeliya, 35, Əşrəf Hakimi, 67