24 İyun 2025, 11:14
FUTBOL
Klublararası dünya çempionatında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.
Matc.az xəbər verir ki, B qrupunda"Atletiko" Braziliyanın "Botafoqo" klubu ilə üz-üzə gəlib. Qarşılaşma Madrid təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
3 turdan sonra hər iki komanda 6 xal toplayıb. Top fərqinə görə "Botafoqo" qrup 2-cisi olaraq pley-offa yüksəlib. "Atletiko" isə turnirdə mübarizəni dayandırıb.
"Atletiko" - "Botafoqo" 1:0
Qol: Antuan Qrizmann, 87