24 İyun 2025, 13:01
FUTBOL
"Real" yay transfer pəncərəsi zamanı Rodriqo ilə yollarını ayıra bilər.
Matc.az xəbər verir ki, bu barədə "Cadena Ser" məlumat yayıb.
"Kral klubu" braziliyalı vingeri satmağa hazırdır. "Real" 24 yaşlı futbolçu üçün 90 milyon avro tələb edir.
Braziliya millisinin üzvü ilə "Arsenal" yaxından maraqlanır.
Qeyd edək ki, Rodriqo ötən mövsüm "Real"ın heyətində keçirdiyi 51 oyunda 14 qol vurub, 11 qol ötürməsi edib.