"Fənərbaxça"nın müdafiəçisi Aleksandr Ciku karyerasını Fransada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Nitsa" qanalı futbolçunu transfer etmək istəyir. Türkiyə klubu Cikunu satmağın əleyhinə deyil. Onlar 30 yaşlı mərkəz müdafiəçisi üçün 5 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, Aleksandr Ciku ötən mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 38  ooyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest