"Barselona" "Kopenhagen"in futbolçusu Runi Bardqjini heyətinə qatmağa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. "Barselona" isveçli vinger üçün onun klubuna 2 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Kopenhagen" Runi Bardqjini 2020-ci ildə "Malmö"nün akademiyasından transfer edib. İsveç U-21 millisinin üzvü olan oyunçu ötən mövsüm Danimarka təmsilçisinin heyətində 6 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest