Avropa Liqasının I təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Çelye" heyətinə yeni qapıçı cəlb edib.

Matc.az xəbər verir ki, Sloveniya təmsilçisi "Makkabi" ilə müqaviləsi başa çatan Simon Sluqanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı xorvatiyalı qolkiperlə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Sabah" "Çelye" ilə ilk oyunu iyulun 10-da Bakıda, cavab matçını isə bir həftə sonra səfərdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest