"Real" yarımmüdafiəçisi Luka Modriçin komandadan ayrılmasından sonra hücumçu Kilian Mbappeyə 10 nömrəli formanı verməyi düşünür.

Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Bildirilir ki, Madrid klubu 10 nömrə altında oynamağın fransız futbolçunun imicini yaxşılaşdıracağına inanır. Bundan əlavə, bu forma Mbappenin komandanın əsas ulduzu statusunu vurğulayacaq.

26 yaşlı hücumçu hazırda 9 nömrə altında çıxış edir. Modriç isə klublararası dünya çempionatından sonra İspaniya nəhəngini tərk edəcək.

Qeyd edək ki, ötən mövsüm Mbappe bütün turnirlərdə 56 matçda iştirak edib, 43 qol vurub və 5 məhsuldar ötürmə edib. 26 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 180 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest