24 İyun 2025, 21:10
FUTBOL
Paytaxt klubu 28 yaşlı futbolçuya 2 illik müqavilə təklif etməyə hazırdır.
"Neftçi" xorvatiyalı yarımmüdafiəçi Zarya Yakov Basiç ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "champion.com.ua" paylaşıb.
Bildirilir ki, "Neftçi"nin baş məşqçisi Samir Abasovun şəxsən maraqlandığı futbolçunun transferi ilə bağlı klublar hazırda danışıqlar aparır.
Paytaxt klubu 28 yaşlı futbolçuya 2 illik müqavilə təklif etməyə hazırdır.
Xatırladaq ki, xorvatiyalı futbolçu 2024-cü ilin qışında "Zarya"ya keçib. Ötən mövsüm o, klubun heyətində bütün turnirlərdə 28 matçda iştirak edib, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.