24 İyun 2025, 22:01
FUTBOL
"Torino" "Fiorentina"dan sol cinah müdafiəçisi Kriştiano Biraqinin transferini almaq qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə klubunun rəsmi saytı məlumat yayıb.
Razılaşma cəmi 100 min avro təşkil edib və Turin klubu daha əvvəl icarəyə görə 250 min avro da ödəyib, çünki futbolçu ötən mövsümün ikinci hissəsini "öküzlər"də keçirib. 32 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Biraqi "Torino"nun heyətində A Seriyasında 15 oyun keçirsə də, fərqlənə bilməyib.