"Santos" Neymarla yeni müqavilə bağladığını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, 33 yaşlı futbolçunun müqaviləsi 2025-ci ilin sonuna qədər uzadılıb.

Qeyd edək ki, Neymar "Santos"un yetirməsidir. O, Braziliya klubu ilə ilk peşəkar müqaviləsini 2008-ci ildə imzalayıb. 2013-cü ildə hücumçu "Barselona"ya keçib. Neymar 2025-ci ilin yanvarında azad agent kimi "Santos"a qayıdıb.

Ümumilikdə o, "Santos"un heyətində bütün yarışlarda 237 oyun keçirib, 139 qol vurub və 69 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest