"Bu gün ağlımdakı yeganə şey kuboku qazanmaq idi. Qərarımı iki həftə əvvəl vermişdim. ümid edirəm ki, "çelsi"yə gözəl bir vida oldu". Matc.az saytının məlumatına görə, bunu "çelsi"nin belçikalı futbolçusu Eden Azar deyib.

"Arsenal"la Avropa Liqasının final görüşündə iki qola imza atmaqla matçın oyunçusu seçilmiş Azar daha sonra bunları bildirib: "Xəyalım Premyer Liqada oynamaq idi. Yeddi il boyunca bunu reallaşdırdım. Artıq yeni bir macəranın zamanı gəlib".

Qeyd edək ki, Eden Azarın növbəti mövsümdən Zinəddin Zidanın çalışdırdığı "Real"a transfer olunacağı gözlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest