30 May 2019, 10:00
FUTBOL
Bakıda keçirilən Avropa Liqasının (AL) final görüşü 2019-20 mövsümündə çempionlar Liqasında (çL) mübarizə aparacaq komandalarla bağlı dəyişikliyə səbəb olub. Matc.az saytının məlumatına görə, "çelsi"nin həlledici qarşılaşmada "Arsenal" üzərində qələbəsi (4:1) daha 2 komandanın xeyrinə işləyib.
"Zadəganlar"ın bu uğuru ən çox "Lion"a kömək olub. Belə ki, Fransa Liqa1-də 3-cü yeri tutan komanda artıq III təsnifat mərhələsindən deyil, birbaşa qrupdan mübarizəyə başlayacaq.
Həmçinin Türkiyə Superliqasını 2-ci pillədə tamamlayan "Başakşəhər" isə II yox, III təsnifat mərhələsindən yarışa qatılacaq. İstanbullular bu mərhələdə məhz "Lion"u əvəz edəcək.