Haiti millisinin KONKAKAF Qızıl kuboku üçün yekun heyəti müəyyənləşib. Matc.az-ın yerli mətbuata istinadən məlumatına görə, 40 nəfərlik siyahı "23-lüy"ə düşüb.

Azərbaycan Premyer Liqasında çıxış edən 2 futbolçu da yekun siyahıda saxlanılıb. Belə ki, baş məşqçi Mark Kollat "Qarabağ"ın müdafiəçisi Vild-Donald Gerye və "Neftçi"nin yarımmüdafiəçisi Soni Mustivarın xidmətindən yararlanmaq qərarına gəlib.

Qeyd edək ki, Haiti yığması ABŞ-da keçiriləcək turnirin B qrupunda Kosta Rika, Nikaraqua və Bermuda ilə mübarizə aparacaq. Komanda oyunlarını iyunun 16-da, 20-də və 24-də keçirəcək. Qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala adlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest