"Arsenal"ın sabiq futbolçusu Aron Remzi karyerasını Meksikada davam etdirəcək.

Matc.az xəbər verir ki, uelsli yarımmüdafiəçi "Pumas"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı oyunçu yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Aron Remzi son mövsümdə "Kardiff Siti"nin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest