04 İyul 2025, 18:20
FUTBOL
"Arsenal"ın sabiq qanalı yarımmüdafiəçi Tomas Partey zorlamada ittiham olunur.
Matc.az xəbər verir ki, bu barədə məlumatı London polisinin mətbuat xidməti paylaşıb.
Söhbət 2021-ci ildən 2022-ci ilə kimi müxtəlif dövrlərdə üç qadına qarşı 6 epizoddan gedir. Futbolçunun avqustun 5-də məhkəmə qarşısına çıxacağı gözlənilir.
Xatırladaq ki, 32 yaşlı Partey "Arsenal"a 2020-ci ilin yayında "Atletiko"dan keçib. İyulun 1-də isə müqaviləsi başa çatdıqdan sonra azad agent statusundadır.