"Mançester Yunayted"in vingeri Alexandro Qarnaço karyerasını başqa klubda davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat verib.

Bildirilir ki, tərəflər iyunun ortalarında argentinalının bu yay getməsi ilə bağlı razılığa gəliblər. Qarnaço İngiltərə Premyer Liqasında çıxış edən kluba getmək istəyir. "Mançester Yunayted" onun transferinə etiraz etməyəcək.

Qeyd edək ki, Qarnaço ötən mövsüm 58 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə verib.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest