"Udineze"nin futbolçusu Aleksis Sançes karyerasını Türkiyədə davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Fənərbaxça" çilili hücumçunu transfer etmək istəyir. İstanbul nəhəngi 36 yaşlı forvarda 1+1 illik müqavilə və illik 4 milyon avro maaş təklif edib.

Qeyd edək ki, Aleksis Sançes ötən mövsüm "Udineze"nin heyətində keçirdiyi 14 oyunda qol vura bilməyib. Onun klubla 1 illik müqaqviləsi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest