08 İyul 2025, 10:58
FUTBOL
Matias "Ajman"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı mərkəz müdafiəçisi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
"Neftçi"dən ayrılan Yuri Matiasın yeni klubu müəyyənləşib.
Matc.az xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
Matias "Ajman"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı mərkəz müdafiəçisi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Yuri Matias ötən mövsüm "Neftçi"nin heyətində keçirdiyi 33 oyunda 5 qol vurub, 1 qol ötürməsi edib.