09 İyul 2025, 11:13
FUTBOL
"Parma"nın qapıçısı Zion Suzuki karyerasını Türkiyədə davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Qalatasaray" yaponiyalı qolkiperi transfer etmək istəyir. İstanbul nəhəngi 22 yaşlı "əlcək sahibi" üçün 20 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Zion Suzuki ötən mövsüm "Parma"nın heyətində 37 oyunda meydana çıxıb.