"Sauthempton"la müqaviləsi başa çatan Kayl Uolker-Peters karyerasını Türkiyədə davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

"Beşiktaş" azad agent statusunda olan ingiltərəli sağ cinah müdafiəçisini heyətinə qatmaq istəyir. "Qara qartallar" artıq 28 yaşlı futbolçu ilə danışıqlara başlayıb.

Qeyd edək ki,  Kayl Uolker-Peters ötən mövsüm "Sauthempton"un heyətində İngiltərə Premyer Liqasında keçirdiyi 33 oyunda 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest