09 İyul 2025, 18:15
FUTBOL
Karlos Tevesin yeni iş yeri məlum olub.
Matc.az xəbər verir ki, argentinalı mütəxəssis ölkəsində çalışacaq.
41 yaşlı müütəxəssis "Atletiko Talleres"ın baş məşqçisi postuna təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, Karlos Teves son olaraq "İndependyente"yə rəhbərlik edib.