"Sabah" haqqında kifayət qədər məlumatımız var. Dəyişikliklər var. Ümid edirəm ki, oyunumuza yaxşı təsir edəcək".
Sloveniyanın "Sele" klubu UEFA Avropa Liqasının l təsnifat mərhələsində qarşılaşacağı "Sabah" haqqında kifayət qədər məlumata malikdir.
Matc.az xəbər verir ki, bunu "Sele"nin (Sloveniya) baş məşqçisi Albert Riera "Sabah"a qarşı keçirəcəkləri UEFA Avropa Liqası matçından öncə mətbuat konfransında deyib.
Mütəxəssis meydana qələbə üçün çıxacaqlarını bildirib:
"Sabah" haqqında kifayət qədər məlumatımız var. Dəyişikliklər var. Ümid edirəm ki, oyunumuza yaxşı təsir edəcək. Rəqibə hörmət edirik. Kifayət qədər gücümüz var. Yəqin ki, UEFA Konfrans Liqasının son mövsümündəki çıxışımızdan sonra "Sabah" da bizim haqqımızda müəyyən məlumatlara malikdir. Amma oyundan əvvəl komandaları müqayisə etmək istəməzdim".
Qeyd edək ki, "Sabah" Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Sele" klubu ilə üz-üzə gələcək. İlk görüş iyulun 10-da "Bank Respublika Arena"da baş tutacaq. Cavab görüşü iyulun 17-də keçiriləcək. (Report)