Rəsmi matçlarda "İğdır"ın formasının ön hissəsində şirkətin adı yer alacaq.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin "İğdır" klubunun forma sponsoru olub.

Matc.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bu gün imza mərasimi təşkil olunub. Əməkdaşlıq 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulub.

Rəsmi matçlarda "İğdır"ın formasının ön hissəsində şirkətin adı yer alacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest