"Arsenal" "Brentford"un kapitanı Kristian Nyorqoru transfer edib.

Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

"Arsenal" danimarkalı dayaq yarımmüdafiəçisi üçün onun klubuna 11 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, "Brentford" Kristian Nyorqoru 2019-cu ilin yayında "Fiorentina"dan transfer etmişdi. 31 yaşlı futbolçu ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 35 oyunda 6 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest