"Beşiktaş"dan ayrılan Ciro İmmobilenin yeni klubu məlum olub.

Matc.az xəbər verir ki, italiyalı hücumçu ölkəsinə qayıdıb.

İmmobile "Bolonya" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ciro İmmobile ötən mövsüm "Beşiktaş"ın heyətində keçirdiyi 41 oyunda 17 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest