"Vest Hem"in futbolçusu Məhəmməd Kudus Premyer Liqada klubunu dəyişib.

Matc.az xəbər verir ki, "Tottenhem" qanalı vingeri transfer edib. Bu barədə klubun mətubat xidməti məlumat yayıb.

"Tottenehem" Kudus üçün onun klubuna 60 milyon avro təzminat ödəyəcək. 24 yaşlı oyunçu ilə 6 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Məhəmməd Kudus ötən mövsüm "Vest Hem"in heyətində keçirdiyi 35 oyunda 5 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest