"Mançester Siti"nin hücumçusu Erlinq Halandın agenti Rafaela Pimenta "Barselona"nın oyunçuya maraq göstərməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Matc.az xəbər verir ki, o, Halandın "Mançester Siti"də xoşbəxt olduğunu vurulayıb.
"Mən tez-tez demişəm ki, "Barselona"ya böyük hörmət və heyranlıq bəsləyirik, amma potensial transferlə bağlı Erlinq Haland və ya "Barselona" rəhbərliyi ilə heç bir əlaqə olmayıb.
Bundan əlavə, oyunçu bir neçə ay əvvəl müqaviləsini yenilədiyindən bəri "Mançester Siti"də çox xoşbəxtdir. Onun üçün hər şey çox yaxşı gedir və "Mançester Siti"də hər şey çox yaxşı olduğu halda transfer barədə deyəcək bir sözümüz yoxdur", - deyə Pimenta açıqlama verib.
Qeyd edək ki, "Barselona"nın prezidentliyə namizədi Viktor Font Kataloniya klubunun "Siti"nin hücumçusu ilə onun rəhbərliyi altında müqavilə imzalaya biləcəyini irəli sürmüşdü.
Halandın "Mançester Siti" ilə hazırkı müqaviləsi 2034-cü ilin yayına qədərdir.












