İspaniya millisi, "Valensiya" və "Barselona"nın keçmiş hücumçusu David Vilya "Atletiko"nun direktorlar şurasına daxil olub.

Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

"Kluba yeni məsuliyyət, eyni zamanda hər mövsüm "Atletiko"nu daha da gücləndirmək arzusu ilə qayıtdığım üçün çox xoşbəxtəm" – deyə Vilya bildirib.

Vilyanın 44 yaşı var. O, 2013-cü ildən 2014-cü ilə qədər "Atlestiko"da oynayıb və komanda ilə İspaniya çempionluğunu qazanıb.

Bu mövsüm "Madrid" klubunu İspaniya çempionatının 27-ci turundan sonra 54 xala malikdir və La Liqanın turnir cədvəlində "Vilyarreal" ilə üçüncü və dördüncü yerləri bölüşür.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest