11 İyul 2025, 11:36
FUTBOL
"Başakşehir" "Roma"nın hücumçusu Eldor Şomurodovu icarəyə götürrüb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Özbəkistanlı forvard 2025/2026 mövsümünü İstanbul təmsilçisinin heyətində keçirəcək. "Başakşehir" 5 milyon avro ödəməklə 30 yaşlı futbolçunun transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, Eldor Şomurodov ötən mövsüm "Roma"nın heyətində keçirdiyi 37 oyunda 7 qol vurub, 5 qol ötürməsi edib.