11 İyul 2025, 12:14
FUTBOL
"Ayaks"dan ayrılan Cordan Henderson İngiltərəyə qayıdır.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Liverpul"un sabiq kapitanı yenidən Premyer Liqada çıxış edəcək. "Brentford" azad agent statusunda olan ingiltərəli yarımmüdafiəçi ilə anlaşıb. 35 yaşlı futbolçu yaxın günlərdə yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Cordan Henderson 2024-cü ilin yanvar ayından "Ayaks"da çıxış edirdi. 35 yaşlı futbolçu ötən mövsüm Amsterdam təmsilçisinin heyətində keçirdiyi 45 oyunda 1 qol vurub, 5 qol ötürməsi edib.