11 İyul 2025, 18:50
FUTBOL
"Fənərbaxça"nın sabiq futbolçusu Atilla Salai Türkiyəyə qayıdıb.
Matc.az xəbər verir ki, "Hoffenhaym"ın macarıstanlı müdafiəçisi "Kasımpaşa" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yaşlı futbolçu 2025/2026 mövsümünü İstanbul təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, Atilla Salai ötən mövsümün ikinci yarısını icarə əsasında Belçikanın "Standard" klubunda çıxış edib. Macarıstan millisinin üzvü 2021-2023-cü illərdə "Fənərbaxça"nın formasını geyinib.