12 İyul 2025, 11:40
FUTBOL
"Barselona"nın baş məşqçisi Hans Flik yeni mövsümdə qapıda kimə şans verəcəyini dəqiqləşdirib.
Matc.az xəbər verir ki, alman mütəxəssis "Espanyol"dan transfer edilən Xoan Qarsiyaya güvənəcək. Bu barədə "Munde Deportivo" nəşri məlumat yayıb.
Flik Mark-Andre ter Ştegenə şans verməyəcəyini onun özünə bildirib. 33 yaşlı qolkiper buna baxmayaraq, komandadan ayrılmaq istəmir və əsas qapıçı olacağına hələ də inanır.