"Nə İordaniya ilə yoxlama, nə də Azərbaycanla rəsmi oyun asan olacaq. Slovakiya yığmasının hazırkı səviyyəsini nəzərə alsaq, hər iki görüşdə qələbədən başqa hədəfimiz ola bilməz".

"Milli komandaya çağırılmaq böyük şərəf və sevincdi. ölkənin ən yaxşı futbolçuları yığmağa çağırılır və mən də onların arasındayam". Matc.az saytı xəbər verir ki, bunu Slovakiya yığmasının hücumçusu Pavol Şafranko deyib.

25 yaşlı forvard Slovakiya Futbol Federasiyasının rəsmi saytına açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla oyuna dəvətdən məmnun olduğunu söyləyib: "Nə İordaniya ilə yoxlama, nə də Azərbaycanla rəsmi oyun asan olacaq. Slovakiya yığmasının hazırkı səviyyəsini nəzərə alsaq, hər iki görüşdə qələbədən başqa hədəfimiz ola bilməz. Xüsusən də, Azərbaycanla oyun seçmə mərhələdə uğur qazanmaq baxımından çox vacibdi. Yaxşı istirahət etmişəm, fiziki və psixoloji cəhətdən yığmaya kömək etməyə tam hazıram".

Qeyd edək ki, Slovakiya yığması iyunun 7-də Trnavada İordaniya, 11-də isə Bakıda Azərbaycanla qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest