16 İyul 2025, 21:35
FUTBOL
Yan Urban Polşa millisinin yeni baş məşqçisi olub.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Polşa Futbol Assosiasiyasının mətbuat xidməti paylaşıb.
Bu vəzifədə Mixal Probyersi əvəzləyən 63 yaşlı mütəxəssislə müqavilənin təfərrüatları açıqlanmayıb.
Xatırladaq ki, 2026-cı il dünya çempionatının seçmə turnirinin 3 matçının nəticələrinə görə polyaklar 6 xalla G qrupunda yalnız üçüncü olub. Amma Urban zəif idman nəticələrinə görə deyil, millinin əsas ulduzu - "Barselona"nın hücumçusu Robert Levandovski ilə münaqişə nəticəsində qovulub.