"Kappa" tərəfindən "Neftçi" üçün eksklüziv hazırlanmış hər üç oyun formasını həm klubun "Neftçi Arena"da yerləşən rəsmi mağazasından (saat 11:00-dan 20:00-dək), həm də onlayn olaraq (http://store.neftchi.az) əldə etmək mümkündür.
"Neftçi"nin yeni mövsüm formaları satışa çıxarılıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, "Kappa" tərəfindən "Neftçi" üçün eksklüziv hazırlanmış hər üç oyun formasını həm klubun "Neftçi Arena"da yerləşən rəsmi mağazasından (saat 11:00-dan 20:00-dək), həm də onlayn olaraq (http://store.neftchi.az) əldə etmək mümkündür.
İyulun 18-dən isə formalar "Volt" və "Umiko" onlayn satış platformalarında da olacaq.
Həm məşq geyimləri, həm də uşaqlar üçün nəzərdə tutulmuş formaların isə gələn həftədən etibarən satışa çıxarılması planlaşdırılır.