17 İyul 2025, 19:38
FUTBOL
İtaliyanın "Napoli" klubu Niderland millisinin və PSV-nin hücumçusu Noa Lanqı transfer edib.
Matc.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 26 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Lanq 2023-cü ilin yayından PSV-də çıxış edirdi. Müdafiəçi 2024/2025 mövsümündə Niderland klubunda meydana çıxdığı 44 oyunda 14 qol və 12 məhsuldar ötürmə müəllifi olub.