"Qarabağ" Mərakeş millisinin futbolçusunu transfer edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, Ağdam təmsilçisi mərkəz müdafiəçisi Sami Mmai ilə anlaşıb.

O, "köhlən atlar"ın heyətində 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 28 yaşlı futbolçu son olaraq Xorvatiyada "Dinamo"nun (Zaqreb) formasını geyinib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest