"Qalatasaray" "Napoli"nin hücumçusu Viktor Osimhenin transferini tamamlamağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat paylaşıb.
Bildirilir ki, uğurlu danışıqlardan sonra tərəflər sövdələşmənin son mərhələsindədirlər.
"Napoli" forvardın transferindən dərhal sonra 40 milyon avro, ilin sonuna qədər isə 35 milyon avro alacaq. Müqavilədə "Qalatasaray"ın futbolçunu İtaliya klublarına iki il müddətinə satmasını qadağan edən bənd də yer alacaq.
Hazırda klublar transfer məbləğinin ödənilməsi üçün zəmanət və futbolçunun satışı ilə bağlı bənd üzrə danışıqlar aparır.
Xatırladaq ki, Osimhen 2024/25 mövsümünü icarə əsasında "Qalatasaray"da keçirib. O, 41 matçda 37 qol və 8 məhsuldar ötürmə edib.