18 İyul 2025, 11:41
FUTBOL
"Mançester Siti" "Rusenborq"un və Norveçin U-21 yığmasının yarımmüdafiəçisi Sverre Nypanın transferini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilə 5 il müddətinə imzalanıb və transferin məbləği 12,5 milyon avrodur.
Qeyd edək ki, ötən mövsüm Nypan bütün turnirlərdə 10 oyun keçirib və bir qol vurub.