18 İyul 2025, 11:56
FUTBOL
Argentina millisinin yarımmüdafiəçisi Tiaqo Almada Braziliyanın "Botafoqo" klubundan İspaniyanın "Atletiko" klubuna keçib,
Matc.az xəbər verir ki, bu barədə məlumatı Madrid klubunun mətbuat xidməti paylşıb.
Bildirilir ki, ispanlar 24 yaşlı futbolçu üçün 21 milyon avro ödəyib. Müqavilə 30 iyun 2030-cu ilə qədər imzalanıb.
Qeyd edək ki, ümumilikdə futbolçu peşəkar klub səviyyəsində 229 oyun keçirib, 55 qol vurub və 41 məhsuldar ötürmə edib. Argentina millisinin tərkibində isə o, 2022-ci ildə dünya çempionu olub.