"Mançester Siti"nin yarımmüdafiəçisi Maksimo Perrone "Komo"ya keçib.

Matc.az xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müqavilə 2029-cu ilin yayına qədər imzalanıb, lakin transferin məbləği açıqlanmayıb.

Qeyd edək ki, Perrone ötən mövsümü "Komo"da icarə əsasında keçirib və 26 matçda 3 məhsuldar ötürmə verib. "Transfermarkt" portalı argentinalını 12 milyon avro qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest