“Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib. Naxçıvan klubu siyahıya 21 futbolçunun adını daxil edib.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) qarşılaşacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib.
Matc.az xəbər verir ki, Naxçıvan klubu siyahıya ümumilikdə 21 futbolçunun adını daxil edib.
Qapıçılar: 12. Kristian Avram, 94. Tərlan Əhmədli
Müdafiəçilər: 34. Ürfan Abbasov, 77. Bruno Franko, 5. Slavik Alxasov, 26. Ömər Buludov, 3. Bəxtiyar Həsənalızadə, 22. Elçin Mustafayev, 17. İssuf Paro, 4. İqor Ribeyro
Yarımmüdafiəçilər: 70. Boli Çarles, 29. Vanderson Melo, 19. Bar Koen, 6. Patrik Andrade, 2. Qara Qarayev, 14. Ülvü İsgəndərov, 7. Hamidu Keyta, 23. Nunu Rodriges, 10. Felipe Santos
Hücumçular: 16. Ramon Maçado, 11. Ba-Muaka Simakala
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” oyunu iyulun 24-də, saat 20:00-da "Dalğa Arena"da keçiriləcək. Tərəflər arasında cavab matçı isə iyulun 31-də Salonikidə baş tutacaq.