18 İyul 2025, 17:48
FUTBOL
Uesli Sneyderin oğlu Cessi ilk peşəkar müqaviləsini imzalayıb. 18 yaşlı yarımmüdafiəçi "Utrext"in futbolçusu olub.
Matc.az xəbər verir ki, bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, gənc futbolçu ilə 3 illik müqavilə imzalanıb. Cessi "Utrext" U-21 gənclər komandasında çıxış edəcək.
Qeyd edək ki, Uesli Sneyderin özü "İnter", "Ayaks", "Qalatasaray" və "Real" kimi klublarda çıxış edib.