"Mançester Yunayted" "Qalatasaray"ın 26 yaşlı yarımmüdafiəçisi Qabriel Sara ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Akşam" nəşri yayıb.

Bildirilir ki, "qırmızı şeytanlar" braziliyalı futbolçu üçün Türkiyə nəhənginə 30 milyon avro təklif etməyə hazırdır. Lakin "Qalatasaray" futbolçuya ən azı 35 milyon avro dəyər verir.

Qeyd edək ki, Sara 2024-cü ilin yayında "Qalatasaray"a keçib. Ötən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 45 matçda iştirak edib, 2 qol vurub, 10 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalında oyunçunun dəyəri 22 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest