18 İyul 2025, 22:06
FUTBOL
"Botafoqo"nun və Argentina millisinin hücumameyilli yarımmüdafiəçisi Tiaqo Almada "Atletiko"ya keçib.
Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçu ilə müqavilə 5 il - 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Transfer məbləği açıqlanmayıb, lakin mətbuatda yayılan məlumata görə, söhbət 21 milyon avrodan gedir.
Qeyd edək ki, Almada 2024/25 mövsümünün ikinci hissəsini icarə əsasında "Lion"da keçirib.