Luis Dias "Liverpul"a klubdan ayrılmaq istədiyini bildirib və mümkünsə "Bavariya"ya keçmək istədiyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabında jurnalist Florian Plettenberq paylaşıb.

Bildirilir ki, Münhen klubu cinah yarımmüdafiəçisi ilə tam razılığa gəlməyib, lakin onun müqaviləsi potensial olaraq 2029-cu ilə qədər olacaq. Hazırda alman nəhəngi futbolçunun transferi ilə bağlı "Liverpul"la razılığa gəlməlidir. Bu da alınmasa, kolumbiyalı başqa komandaya keçə bilər.

Qeyd edək ki, ötən mövsüm hücumçu bütün turnirlərdə 50 matçda iştirak edib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 70 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest