18 yaşlı uruqvaylı mərkəz hücumçusu Qonsalo Petit "Nasional"dan "Betis"ə keçib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı İspaniya klubunun rəsmi saytı paylaşıb.

Bildirilir ki, transfer məbləği 6 milyon avrodur. Müqavilə 30 iyun 2031-ci ilə qədər imzalanıb.

Qeyd edək ki, Petit "Nasional"da 34 oyun keçirib, 12 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest